Selfi çəkmək istədilər, vurub öldürdülər

Abunə olmaq
Tovuzquşu 1963-cü ilin fevralından etibarən Hindistanın simvolu sayılır

BAKI, 10 iyun — Sputnik. Hindistanda tovuzquşu ilə selfi çəkdirmək istəyənlər onu ölümünə səbəb olub. Bu barədə Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə Qərbi Benqaliya ştatının Calpayquri şəhərində baş verib. Tovuzquşu təsadüfən insanların çox olduğu yerə düşüb və ajiotaja səbəb olub.

Onunla selfi çəkdirmək istəyənlər quşun ayağından dartıblar, qanadlarını açmağa çalışıblar. Tovuzquşu stressə davam gətirməyək ölüb.

Qeyd edək ki, 1963-cü ilin fevralından etibarən tovuzquşu Hindistanın milli quşu (simvolu) sayılır.

Xəbər lenti
0