Xınalığı başqa kəndlərdən fərqləndirən xüsusiyyət təkcə hündürlükdə yerləşməsi deyil. Eyni zamanda kənd əhalisinin maraqlı dilə mənsub olması bura gələn turistlərin də böyük marağına səbəb olur. Kənd əhalisi dünyada oxşarı olmayan unikal dildə danışır.
Onların bəziləri bu dilin Nuh peyğəmbərin danışdığı dildən qaldığını, bəziləri isə Ural dil qrupuna aid olduğunu zənn edir. Maraqlı tərəfi isə budur ki, bu dilin heç bir dialekti və ləhcəsi yoxdur.