BAKI, 9 iyun — Sputnik. Ukraynalı sərhədçilər qanunsuz yolla sərhədi keçməyə çalışan 29 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Ukrayna dövlət sərhəd xidmətinin mətbuat xidməti məlumat yayıb.
İlkin araşdırmadan sonra məlum olub ki, azərbaycanlı gənc Ukraynaya bu yaxınlarda gəlib və tranzitlə Belarus ərazisinə keçməli olub. Ancaq belaruslu sərhədçilər onu sərhəddən buraxmayıb və Ukraynaya geri göndərib.
Ukraynada ona Azərbaycana qayıtması üçün 72 saat vaxt verilsə də, azərbaycanlı buna məhəl qoymayıb. Ölkə ərazisində icazə verilən qalma müddətini əməl etməyən gənc yenidən, bu dəfə qanunsuz yolla Belarus sərhədini keçməyə çalışıb və sərhəd xəttinin bir neçə metrliyində sərhədçilər tərəfindən saxlanılıb.