BAKI, 9 iyun — Sputnik. "Yenə də torpağımız işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
S. Seyidov deyib ki, bunlar ilk addımlardır: "Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu, məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutdu, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, işğaldan azad ediləcək. Bununla əlaqədar, yəni Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm".