BAKI, 9 iyun — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.