CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü bizi gözləyən hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovВид на телебашню и Flame Towers с бакинского бульвара
Вид на телебашню и Flame Towers с бакинского бульвара - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq

BAKI, 9 iyun — Sputnik. Bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz  24-26 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  756 mm civə sütunu təşkil edəcək.

Bakı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlverişsiz hava şəraiti nə vaxtadək davam edəcək

Nisbi rütubət  gecə 70-80%, gündüz 45-50 % olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu  21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz  27-32, dağlarda gecə 6-11,  gündüz  12-17 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0