Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan istehsalı olan "Xəzər" avtomobili satışa çıxır

© Photo : пресс-служба Минэкономики АРKhazar avtomobillərinin istehsalı
Khazar avtomobillərinin istehsalı - Sputnik Azərbaycan
Abunə olmaq
Neftçala sənaye məhəlləsində açılmış "Xəzər" (Khazar) avtomobil zavodunun istehsal etdiyi avtomobillərin ilk partiyası iyunun 11-də satışa çıxarılacaq

BAKI, 8 iyun — Sputnik. Neftçala sənaye məhəlləsində açılmış "Xəzər" (Khazar) avtomobil zavodunun istehsal etdiyi avtomobillərin ilk partiyası iyunun 11-də satışa çıxarılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə "AzerMash" şirkətinin idarə heyətinin sədri Emin Axundov bildirib.

O qeyd edib ki, ilk olaraq satışa 100 ədəd "Khazar" avtomobili çıxarılacaq. Axundovun sözlərinə görə, başda İqtisadiyyat, Energetika, Vergilər və digər nazirliklər olmaqla, artıq bir sıra dövlət qurumlarından 40 avtomobil sifarişi gəlib.

Müəssisə rəhbəri deyib ki, Neftçala avtomobil zavodunda istehsal olunan 16 və 18 min manat dəyərindəki maşınlar lizinq və kreditlərə açıq olacaq. Onlar Bakıdakı üç satış mərkəzində satışa çıxarılacaq. Daha sonra isə zavod 14 min manat qiyməti olan maşınların istehsalına başlayacaq. 

Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, İnfiniti markalı avtomobillə qəza törədib - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda məşhur müğənni polisə və DYP avtomobilinə xəsarət yetirdi

Axundov onu da bildirib ki, Neftçala avtomobil zavodunun istehsalı olan maşınlar Avro-5 standartına uyğundur, lakin digər ölkələrin istehsalı olan analoqlarından 20% ucuzdur.

Zavod hələlik "Khazar" brendi altında avtomobil istehsal edilir. Gələcəkdə isə Peugeot və Renault-un modellərini istehsal etməyə başlayacaq. Zavodun illik istehsal gücü 10 min avtomobil olacaq.

2016-cı ilin 6 avqustunda İranın iri avtomobil istehsalçısı olan Iran Khodro və Azərbaycanın Azeurocar (AzerMash-ın törəməsi) şirkəti arasında birgə Neftçala sənaye məhəlləsinin yaradılması barədə müqavilə imzalanıb. Layihənin ümumi dəyəri 24 milyon manatdır. Zavoda sərmayənin 75%-ni Azərbaycan, 25%-ni isə İran tərəfi qoyub.

Xəbər lenti
0