SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Avrasiya İqtisadi İttifaqı və KTMT-da qalacaqmı?

© Sputnik / Asatur YesayantsYerevan şəhəri, arxiv şəkli
Yerevan şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan ABŞ-la dostluq əlaqələrini möhkəmləndirmək istiqamətində işlər aparacaq: "

BAKI, 8 iyun — Sputnik. Ermənistan Avrasiya İqtisadi ittifaqı (Aİİ) və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətin proqramını təqdim edərkən baş nazir Nikol Paşinyan qeyd edib.

Paşinyan qeyd edib ki, Ermənistan Rusiya ilə əməkdaşlığı ölkənin təhlükəsizliyi baxımdan olduqca əhəmiyyətlidir: "Ölkələr arasında münasibətlər dostluğa, bərabərhüquqlu əməkdaşlığa əsaslanmalı, tərəflər dialoq yolu ilə məsələləri həll etməyə hazır olmalıdır".

O, eyni zamanda qeyd edib ki, Ermənistan ABŞ-la dostluq əlaqələrini möhkəmləndirmək istiqamətində işlər aparacaq: "Bu münasibətlər Ermənistanın maraqları çərçivəsində dərinləşməlidir. Respublika, eyni zamanda Avropa İttifaqı ilə Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının reallaşdırılması üçün əməkdaşlıq edəcək".

Xəbər lenti
0