BAKI, 8 iyun — Sputnik. Məşhur yazar, CNN-in “Bilinməyən yerlər” teleşousunun aparıcısı Entoni Burden intihar edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CNN-in sosial şəbəkədəki profilində açıqlama verilib.
Hadisə zamanı o, şousunun növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Burdenin fransız dostu Erik Riper bu gün səhər onun meyidini otel otağında aşkar edib. Jurnalistin 62 yaşı var idi.
CNN statement regarding the death of our friend and colleague, Anthony Bourdain: pic.twitter.com/MR1S5fP16o
— CNN Communications (@CNNPR) 8 июня 2018 г.
Qeyd edək ki, Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan proqram hazırlaması ilə bağlı 2017-ci ilin oktyabrından Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında olub.