Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müsəlman dünyasını sevindirəcək xəbər

© AP Photo / Oded BaliltyВид на Старый город Иерусалима
Вид на Старый город Иерусалима - Sputnik Azərbaycan
Abunə olmaq
EBU: "Hədəfimiz ölkələrin tədbiri yerinə görə boykot etməsindən qaçmaqdır"

BAKI, 8 iyun — Sputnik. Bu yaxında məlum olub ki, Avroviziya-2019-un (Eurovision 2019) keçirilmə vaxtı dəyişdirilib. İndi isə müsabiqənin keçirilməsi ilə bağlı yeni məsələlər üzə çıxıb. Sputnik Azərbaycan İsrailin Ynetnews.com xəbər portalına istinadla xəbər verir ki, Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) İsrailə müsabiqənin keçirilmə yerini dəyişməklə bağlı müraciət edib.

Müsabiqənin Yerusəlimdə (Qüds) keçirilməsi fikir ayrılıqları yaratdığı üçün EBU İsraildən bu addımı atmamağı rica edib.

"Əgər bura siyasət qarışsa, real bir ehtimal var ki, Avroviziya İsraildə keçirilməsin" — deyə mənbə bildirib.

Ankara şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Ankara Fələstini tək qoydu: Qüds məsələsində geri addım

EBU ilə İsrail Yayım Korporasiyası (IBC) arasında Avroviziya-2019-la əlaqədar keçirilən ilk işçi görüşdə İsrail tərəfinə aydın izah edilib ki, avropalılar hər cür siyasi müdaxiləyə dözmək fikrində deyillər.

"Onlar Ukraynanı misal gətirərək bildiriblər ki, "bu cür problemlər ucbatından az qala müsabiqə ləğv olunacaqdı, odur ki, biz çox ehtiyatlı olmalıyıq". IBC isə söz verib ki, bu məsələyə hökumət tərəfindən müdaxilə olmayacaq" — deyə mənbə bildirib.

Avropa Yayım Birliyi yığıncaqda İsraildən Avroviziya Mahnı Yarışının keçiriləcəyi ən az iki şəhərin adının onlara təqdim edilməsi tələbini irəli sürüb.

Nəşrin yazdığına görə, avropalı nümayəndələr qeyd ediblər ki, "hədəfimiz ölkələrin tədbiri yerinə görə boykot etməsindən qaçmaqdır". 

İsrailin Baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan
Netanyahu "Eurovision" qalibi ilə "cücə" rəqsi oynadı - VİDEO

Avropalıların əsas tələbi isə o olub ki, təqdim edilən şəhərlər arasında fikir ayrılığı (daha çox siyasi əsasda) yaradacaq hər hansı şəhərin adı olmamalıdır. Bununla da Yerusəlimin müsabiqənin keçirilməsinə ev sahibliyi edəcək şəhərlər arasında arzulanan olmadığına işarə edilib.

Xatırladaq ki, bu il keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə "Avroviziya" yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər sonuncu qalib İsrail təmsilçisi 1998-ci ildə "Diva" mahnısı ilə çıxış edən Dana İnterneyşnl (İnternational) olub.

İsrailin baş naziri Benyamin Netanyahu "Eurovision-2018"-un qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti "Avroviziya" yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.

Xəbər lenti
0