Analarının ölümünə sevinclərini nekroloqla bildirdilər

© pixabay / USA-ReisebloggerQəzet və kompüter
Qəzet və kompüter - Sputnik Azərbaycan
Abunə olmaq
Nekroloqun müəllifi qeyd edib ki, Demlounun ölümü ilə dünya daha yaxşı olacaq

BAKI, 8 iyun — Sputnik. ABŞ-da övladlar analarının ölümünə sevinərək ictimaiyyəti qəzəbləndirdilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ–da qəzetlərin birində 80 yaşında dünyasını dəyişən Ketlin Demlou haqqında nekroloq yayımlanıb.

Nekroloqun müəllifi qeyd edib ki, Demlounun ölümü ilə dünya daha yaxşı olacaq. Cəmi 6 cümlədə qadının portretini yaradan müəllif ona qarşı nifrət yarada bilib.

"Ketlin Demlou Şunk 1938-ci ilin martın 19-da Babasso şəhərində dünyaya gəlib. O 1957-ci ildə Dennis Demlouya ərə gedib. Onun iki övladı Cina və Ceyn dünyaya gəlib. 1962-ci ildə ərinin qardaşından hamilə qalıb və Kaliforniyaya köçüb. O öz uşaqları Cin və Ceyi atıb və uşaqları Klements şəhərində onun valideynləri böyüdüb" deyə nekroloqda qeyd edilib.

Nekroloqun sonunda qeyd edilib ki, qadın mayın 31-də Sprinqfilddə dünyasını dəyişib və hazırda ali hakimin qarşısındadır."Cin və Cey onun üçün darıxmayacaq və başa düşürlər dünya onsuz daha yaxşıdır" deyə nekroloqda qeyd edilib. Nekroloqun müəllifinin Cin və ya Cey olduğu düşünülür.

Nekroloq oxucuların geniş müzakirələrinə səbəb olub. Qəzetin redaktoru isə Demlounun yaxınlarının bütün qaydalara əməl edərək nekroloqu verdiyini bildirir.

Xəbər lenti
0