Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ TANAP layihəsinin işə salınmasından məmnundur

© Photo : TANAPСтроительные работы трансанатолийского газопровода (TANAP), фото из архива
Строительные работы трансанатолийского газопровода (TANAP), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
TANAP-ın təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Birləşmiş Ştatlar TANAP layihəsinin başa çatmasından məmnundur və bu layihənin işə düşməsini dəstəkləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqəti işlər üzrə vəkili Uilyam Gil bildirib.

"Biz Cənub Qaz Dəhlizi layihəsini lap əvvəldən dəstəkləyirdik.TANAP Iayihəsi sözü gedəm Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Keçən həftə mən Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində iştirak elədim. Orada prezident İlham Əliyev və digər ölkələrdən gəlmiş yüksək rütbəli şəxslər iştirak edirdilər. Orada İlham Əliyev özünün çıxışından Birləşmiş Ştatların bu layihəyə verdiyi güclü siyasi dəstəyi, Beynəlxalq Maliyyə Fondalarının bu layihəyə verdiyi dəstəyi çox vacib olaraq dəyərləndirdi", — deyə müvəqqəti işlər üzrə vəkil qeyd edib.

Azərbaycan təbii qazını Türkiyəyə və oradan da Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) iyunun 12-də istismara veriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər ölkələrin prezident və hökumət başçılarının içtirakı gözlənir. 

İlham Əliyevin Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışındakı çıxışı - Sputnik Azərbaycan
İlham Əliyev: "Gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik"

TANAP-ın təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulub.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək.

Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Xəbər lenti
0