Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazax sakininin başına oyun gəldi

© Sputnik / Ilham MustafayevQazax rayonunun girişi
Qazax rayonunun girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 7 iyun — Sputnik. İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin əsginaslar ekspertizaya təqdim olunub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən rayonun Şıxlı kəndinin ərazisində saxlanılıb. Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0