Moskvada mühüm Qarabağ görüşü başladı

© Sputnik / StringerНагорный Карабах, фото из архива
Нагорный Карабах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın XİN rəhbəri Zograb Mnatsakanyanla görüşür. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya XİN sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə məlumat yayıb.

Встреча Премьер-минитра РА Сержа Саргсяна и лидера оппозиционной фракции Елк Никола Пашиняна (22 апреля 2018). Гостиница Marriott Armenia, Ереван - Sputnik Azərbaycan
TƏHLİL
"Qarabağ klanı"nın qara günləri başladı

"Sizinlə Moskvada görüşdüyümüzə görə çox şadam. Sizi Ermənistan xarici işlər naziri postuna təyin olunmağınız münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, bu gün biz ölkə rəhbərlərimizin görüşünün isti izləri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində strateji tərəfdaşlıq əlaqələrimizin davam etdirilməsi üçün konkret məsələləri nəzərdən keçirəcəyik", — deyə Lavrov qeyd edib. 

"Bu mənim nazir qismində xarici ölkəyə baş tutan ilk səfərimdir. Ermənistan və Rusiyanın əlaqələrinin kifayət qədər möhkəm əsasları var. Ermənistan hökuməti qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında ölkələr arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və dərinləşməsinə sadiqdir. Bu bizim üçün prioritetdir və prioritet olaraq qalacaq. Bu hazırda parlamentdə təqdim olunan hökumətin proqramından öz əksini tapıb", — deyə Zograb Mnatsakanyan qeyd edib. 

Разрушенная мечеть в оккупированном городе Шуша, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Avropalı məmurdan Qarabağ probleminin həllinə dair sərt bəyanat

Qeyd edək ki, nazirlərin görüşü mətbuata qapalı şəkildə davam edəcək. Görüş zamanı ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Bu, Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq. Mnatsakanyan mayın 12-də xarici işlər naziri vəzifəsində Edvard Nalbandyanı əvəz edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə görüşüb.

Xəbər lenti
0