Xəbərdarlıq: Havanın üzü dönür

© Sputnik / Ramil IbrahimovGüclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 7 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması - Sputnik Azərbaycan
HADİSƏ
Leysan üç rayonumuzu yuyub aparır, bölgədə təbii fəlakət yaşanır

Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.

Şimal Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 8-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0