BAKI, 7 iyun — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində 8 iyun 2018-ci il tarixdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobul Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirlib ki, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.