Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İstefada olan zabit uşaqlıq arzusunu reallaşdırıb

Abunə olmaq
İnsanlar var ki, böyük əziyyət hesabına olsa belə, yaşadığı ərazini abadlaşdırmağa, gözəlləşdirməyə çalışır. Goranboy rayon Qazaxlar kənd sakini Qoşqar Qarayev də bu cür əziyyətdən zövq alan insanlardandır.

İstefada olan zabit, Qarabağ müharibəsi veteranı, hazırda isə Goranboy rayonu Borsunlu kənd 2 saylı orta məktəbin hərbi rəhbəri olan Qoşqar müəllim 3 ildir çəkdiyi zəhmət nəticəsində yaşadığı kənddə kol-kos basmış bataqlıq ərazini təmizləyərək gülüstana çevirib. O, 10 sotluq ərazidə kiçik park salıb.

Qoşqar Qarayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu işin onun uşaqlıq arzusu olduğunu deyib, həmçinin belə bir arzunun yaranma səbəbindən danışıb.

Xəbər lenti
0