CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib

© Sputnik / Ramil IbrahimovZəlzələ
Zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir

BAKI, 6 iyun — Sputnik. Dünən şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində bir çox obyektlərə ziyan dəyib. Sputnik Azərbaycan Təhsil Nazirliyinə sorğu göndərərək, həmin ərazidə yerləşən məktəb binalarına ziyanın dəyib-dəymədiyini öyrənib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dünən axşam saatlarında Zaqatala rayonunda baş vermiş zəlzələdən heç bir ümumtəhsil müəssisəsinə ciddi ziyan dəyməyib. Bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib. Bunlar Aşağı Tala kəndindəki 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərdir.

Qeyd edək ki, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, əgər zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumat verilib.

Xəbər lenti
0