CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"100 illik Yubiley Kuboku" uğrunda gərgin mübarizə gedib

© Photo : ARAF mətbuat xidmətiÇövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu
Çövkən Milli Atüstü oyunu üzrə 100 illik Yubiley Kuboku turnirin 1/4 final oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Çövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin ən vacib məqamı olan 1/4 final oyunu keçirilib

BAKI, 6 iyun — Sputnik. Bu gün Çövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin ən vacib məqamı olan 1/4 final oyunu keçirilib. Bu oyun Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı çərçivəsində reallaşıb.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, günün ilk oyununda "Ağstafa" çövkən komandası "Omar" komandası ilə mübarizə aparıb. "Omar" komandası rəqibini 2-0 hesabı ilə məğlub edib.

© Photo : ARAF mətbuat xidmətiÇövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu
Çövkən Milli Atüstü oyunu üzrə 100 illik Yubiley Kuboku turnirin 1/4 final oyunu  - Sputnik Azərbaycan
Çövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu

Günün ikinci oyununda isə "Buta Golden" çövkən komandası ilə "Ağcabədi" komandası qarşılaşıb. Komandalar arasında gedən gərgin mübarizə 2-1 hesabı ilə "Buta Golden"in xeyrinə başa çatıb.

Beləliklə, 7 iyun 2018-ci il tarixdə keçiriləcək yarımfinal oyununda mübarizə aparacaq komandalar müəyyən edilib. Sabah "Polad"la "Omar" üz-üzə gələcək. Günün ikinci görüşü isə "Sərhədçi" komandası ilə "Buta Golden" arasında olacaq. Hər iki oyun Bakı Dövlət Cıdır meydanında keçiriləcək.

© Photo : ARAF mətbuat xidmətiÇövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu
Çövkən Milli Atüstü oyunu üzrə 100 illik Yubiley Kuboku turnirin 1/4 final oyunu - Sputnik Azərbaycan
Çövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu

Xatırladaq ki, Milli Atçılıq Festivalının açılışı iyunun 2-də olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, onun hakimiyyətə qayıdışının 25 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyləri münasibətilə keçirilən bu festival iyunun 17-dək davam edəcək. Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirin təşkili nəzərdə tutulub. Burada atçılığın cıdır, konkur, çövkən və polo növləri üzrə yarışların keçirilməsi planlaşdırılıb. Bu yarışın ümumi mükafat fondu 50 min manat təşkil edir.

Cıdır yarışının ümumi mükafat fondu 15 min manatdır.

İyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. "Elite Horse & Polo Club"un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.

© Photo : ARAF mətbuat xidmətiÇövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu
Çövkən Milli Atüstü oyunu üzrə 100 illik Yubiley Kuboku turnirin 1/4 final oyunu - Sputnik Azərbaycan
Çövkən Milli Atüstü oyunu üzrə "100 illik Yubiley Kuboku" turnirin 1/4 final oyunu

İyunun 15-17-də Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət "Elite Horse & Polo Club"u təmsil edəcək.

Sputnik Azərbaycan Milli Atçılıq Festivalının informasiya tərəfdaşıdır.

Xəbər lenti
0