Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Türkiyə komandanlığı ABŞ-la razılıq əldə edib”

© Sputnik / Murad OrujovPolitoloq Arzu Nağıyev
Politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, “Zeytun budağı” əməliyyatından sonra İraqda əməliyyat aparılacağı gözlənilən idi

Arzu Nağıyev: “Əməliyytalarının davam etdiriləcəyi ilə bağlı danışıqlar gedirdi”
“Türkiyənin İraq ərazisində anti-terror əməliyyatları keçirmək məsələsi yeni deyil”. Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akarın İraqın şimalındakı anti-terror əməliyyatları ilə bağlı açıqlamasını Sputnik Azərbaycan-a şərh edərkən politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, anti-terror əməliyyatlarının davam etdiriləcəyi ilə bağlı danışıqlar gedirdi: “Qəndil dağında PKK-nın bazalarının mövcudluğundan Türkiyənin xəbəri var. Ona görə də bir müddət əvvəl həmin bazaları vuracaqları barədə anons vermişdilər. Türkiyə komandanlığının “Zeytun budağı” əməliyyatından sonra burada əməliyyat aparacağı gözlənilən idi. Bununla bağlı ABŞ-la da razılıq əldə olunub. İraq hökuməti də bu əməliyyatlarla bağlı hər hansı açıqlama verməyib. Bu əməliyyatlar anti-terror əməliyyatlarının davamı kimi qəbul edilməlidir”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar İraqın şimalı terrorçulardan tamamilə təmizlənəcəyini və Türkiyə bayrağının orada dalğalanacağını bildirib.

Xəbər lenti
0