Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hansı sahələrə investisiya yönləndilməlidir – professor şərhi

Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, dünya praktikasında azad iqtisadi zonaların yaradılmasının məqsədi iqtisadiyyatın prioritet sahələrinin inkişafını təmin etmək üçün investitsiya axınına şərit yaratmaqdır

Elşad Məmmədov: “Trend sahələrə investitsiya yönləndirilməsi prioritet təşkil etməlidir”
“İqtisadi zonaların Azərbaycan iqtisadiyyatı üçün aktuallağı danılmazdır”. Bunu Sputnik Azərbaycan-a Ələt azad iqtisadi zonasının perspektivlərini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

O bildirib ki, işgüzar fəallığın artırılması iqtisadiyyatımız üçün prioritet məsələlərdəndir: “Bütün bunların gerçəkləşdirilməsi üçün investitsiya axınlarının intensivləşdirilməsinə ehtiyac var. Dünya praktikasında azad iqtisadi zonaların yaradılmasının məqsədi iqtisadiyyatın prioritet sahələrinin inkişafını təmin etmək üçün investitsiya axınına şərit yaratmaqdır. Yaradılmış azad iqtisadi zonada dünya iqtisadiyyatında trend şəklini almış sahələrə investisiyaların yönləndirilməsi prioritet təşkil etməlidir. İnvestisiyalar daha çox artım olan sahələrə yönəldilməlidir. Bu halda, biz azad iqtisadi zonlaraın yaradılmasının effektini görə bilərik”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0