BAKI, 6 iyun — Sputnik. ABŞ-la Türkiyə arasında əldə olunan razılaşmadan sonra terrorçu PKK/YPG-PYD təşkilatının Suriyanın Menbiç bölgəsindən çıxacağı vaxt məlum olub. Bu barədə Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir.
Məlumata əsasən terror təşkilati bölgədəki bütün hərbçilərini qarşıdakı günlərdə bölgədən çıxarda biləcəklərini bildirib.
Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.
Türkiyə KİV-nin yaydığı məlumata görə, görüş zamanı ABŞ-la Türkiyə arasında terrorçu PKK/YPG-PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Menbiç bölgəsindən çıxmasına dair texniki razılaşma imzalanıb.
Ümumilikdə razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, PKK/YPG-PYD terrorçuları tərəflər razılaşmanı imzaladıqları vaxtdan – iyunun 4-də başlayaraq 30 gün müddətində Menbiçi tərk edəcək. İkinci mərhələdə, razılaşmadan 45-ci keçəndən sonra Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq.
Üçüncü mərhələdə isə iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.