BAKI, 6 iyun — Sputnik. Prezident İlham Əliyev daha bir rayonun icra başçısını işdən çıxarıb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq Raqub Allahverdi oğlu Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə qərar verib.