Fövqəladə hallar naziri zəlzələ baş verən bölgəyə getdi

© Photo : APAFövqəladə hallar naziri Kəmaləddin Heydərov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə hallar nazirinin zəlzələdən zərərçəkən kəndlərə baş çəkəcəyi və sakinlərlə görüşəcəyi qeyd olunur

BAKI, 6 iyun — Sputnik. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün baş verən zəlzələ ilə əlaqədar Zaqatala rayonuna gedib. Sputnik Azərbaycan xəbər verir ki, fövqəladə hallar nazirinin zəlzələdən zərərçəkən kəndlərə baş çəkəcəyi və sakinlərlə görüşəcəyi qeyd olunur.

Qeyd edək ki, dünən saat 22.40 radələrində Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ Zaqatala ərazisində 5,5 bal gücündə qeydə alınıb.

Zəlzələnin təsiri ətraf rayonlarda, o cümlədən Qarabağ ərazisində, Bərdə rayonunda da hiss olunub.

Xəbər lenti
0