Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əkilib-becərilməyən torpaqlar kəndlilərdən geri alınır

© Sputnik / Ramil IbrahimovQaradəmirçi kəndində əkin sahəsi
Qaradəmirçi kəndində əkin sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini: "255 min hektara yaxın əkilməyən torpaq geri qaytarılıb"

BAKI, 6 iyun — Sputnik. "44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Görülən tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib".

Запуск на орбиту первого азербайджанского телекоммуникационного спутника Azerspace-1, 8 февраля 2013 года - Sputnik Azərbaycan
Azərbaycanda ciddi nəzarət sistemi yaradılır - Rəsmi açıqlama

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisdə "Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı" təqdimatı zamanı çıxış edərkən deyib.

O bildirib ki, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

Xəbər lenti
0