CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya gözəli azərbaycanlı toyunda aparıcılıq etdi

© Photo : Instagram / anna_gorodAnna Qorodjaya
Anna Qorodjaya - Sputnik Azərbaycan
Abunə olmaq
Anna Qorodfjaya 2002-ci ildən professional model kimi çalışır

BAKI, 6 iyun — Sputnik. Məşhur rusiyalı model, “Rusiya gözəli 2013” və “Rusiya vitse-gözəli 2012” Anna Qorodjaya tanınmış azərbaycanlı müğənni Xəyyam Nisanovla bir yerdə Moskvada azərbaycanlıların toyunda aparıcılıq edib.

Sputnik Azərbaycan bu barədə Nisanovun Instagram sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir. Müğənni səhifəsində modellə birgə çəkilmiş fotosunu yerləşdirib və toyda aparıcılıq etməyə razılıq verdiyinə görə təşəkkür edib. Toyda məşhur rusiyalı ulduzlar qonaq qismində iştirak ediblər. Xəyyam Nisanov isə Azərbaycan mahnılarını səsləndirib.

Anna Qorodfjaya 2002-ci ildən professional model kimi çalışır. Karyerasında böyük uğur qazanan model, öz agentliyini açıb və xeyriyyə layihələri ilə məşğul olmağa başlayıb. Moskvaya köçəndən sonra bir neçə sənəti birləşdirmək qərarına gəlib. Hazırda Qorodjaya təkcə model deyil, eləcə də aparıcı və özünün toy mərasimləri agentliyinin direktorudur. O, Rusiyada bir çox ulduzların toy mərasimlərinin təşkilatçısıdır.

Xəyyam Nisanov artıq uzun illərdir ki, Azərbaycan səhnəsində çıxış edir. O, müğənnilikdən əlavə, uğurlu biznesmen kimi də tanınıb.

Xəbər lenti
0