CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni qayda: Piyadaların rahatlığı belə qorunacaq

© Photo : BNA mətbuat xidmətiBakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış qoruyucu tumbalar
Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış qoruyucu tumbalar - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci mərhələdə 10,000 ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır

BAKI, 6 iyun — Sputnik. Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci mərhələdə 10,000 ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.

Qeyd edək ki, tikinti-quraşdırma işlərinə 1 iyun 2018-ci il tarixində başlanıb və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.

Xəbər lenti
0