İranın ali dini lideri radikal qərar verdi - Müharibə anonsu

© Photo : Office of the Iranian Supreme Leader via APВерховный лидер Ирана аятолла Али Хаменеи
Верховный лидер Ирана аятолла Али Хаменеи - Sputnik Azərbaycan
Abunə olmaq
Xameneyi: "İran həm sanksiyalar, həm də "nüvə nəzarəti" altında ola bilməz"

BAKI, 5 iyun — Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xameneyi sərt bəyanatla çıxış edib. Sputnik Azərbaycan "Press TV"-yə istinadən xəbər verir ki, o, İranın atom enerjisi üzrə təşkilatına sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması barədə göstəriş verib.

Xameneyi bəyan edib ki, İran həm sanksiyalar, həm də "nüvə nəzarəti" altında ola bilməz. O, eyni zamanda ölkə prezidenti Həsən Ruhaniyə lazım olan hər şeyi etməyi tapşırıb.

Ali dini lider, həmçinin vurğulayıb ki, düşmənlər İranın güclü tərəflərini zəiflik kimi göstərməyə çalışırlar: "Buna nümunə olaraq raket məsələsini göstərmək olar. Müxtəlif raketlərimiz ölkənin təhlükəsizliyini təmin edir".

Вид на телебашню Бордже Милад в Тегеране, Иран - Sputnik Azərbaycan
İrandan dünyanı qarışdıracaq şok iddia gəldi

"Müqəddəs müharibə zamanı bizim raketlərimiz yox idi, şəhərlərimiz raketlərlə bombalanırdı, özümüzü qoruyacaq vasitəmiz yox idi. Bu gün gənclərimizin sayəsində İran bölgənin birinci raket potensialına malikdir. Düşmən bir raket atanda qarşılığında 10 ədəd raketin atılacağını bilir. Raketlər güc və təhlükəsizliyimizin zəmanətidir" — Xomeneyi bildirib.

Ali dini lider qeyd edib ki, bəzi Avropa ölkələri İran İslam Respublikasının nüvə razılaşması ilə bağlı sanksiyaları qəbul edəcəyini düşünür: "Lakin bu, həyata keçməyən arzudur".

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanan nüvə sazişindən çıxdığını bəyan edib. Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Onun sözlərinə görə, İran, hətta razılaşmaya əməl etsə belə, ölkə qısa müddət ərzində nüvə silahı yarada bilər.

Tramp, həmçinin bildirib ki, Tehran nüvə istehsalı prosesini davam etdirəcəyi təqdirdə, əvvəllər rastlaşmadığı problemlə üzləşəcək. Ağ Ev rəhbəri bəyan edib ki, İran yeni nüvə razılaşmasına imza atmalı olacaq və ABŞ yeni danışıqlara hazırdır.

Xəbər lenti
0