CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aztəminatlı ailələrdən olan uşaqlar üçün növbəti təlim keçirilib

© Photo : Səbinə Novruzzadə"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində keçirilən növbəti tədbir
Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi layihəsi çərçivəsində keçirilən növbəti tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi davam edir

BAKI, 5 iyun — Sputnik. Dünən "Biosfer" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində növbəti təlimini keçirib. Sputnik Azərbaycan xəbər verir ki, tədbir Bakı şəhəri, Nizami rayonu, Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə təşkil edilib.

© Photo : Səbinə Novruzzadə"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində keçirilən növbəti tədbir
Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi layihəsi çərçivəsində keçirilən növbəti tədbir - Sputnik Azərbaycan
"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində keçirilən növbəti tədbir

 

Tədbirdə çıxış edən layihənin təlimçisi Səbinə Novruzzadə deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aztəminatlı ailələrdən olan uşaqlar üçün seminarlar təşkil etməklə onların şəxsi inkişafının vacib olduğunu göstərməkdir: "Biz çalışmalıyıq ki, aztəminatlı ailələrin uşaqları gələcəkləri ilə bağlı nikbin olsunlar. Müasir dövrdə hər bir uşağın motivasiyasını gücləndirməyə ehtiyac var".

238 saylı tam orta məktəbin direktor müavini Rühəngiz Heydərova çıxış edərək bildirib ki, bu gün həm aztəminatlı ailələrin, həm də qaçqın və məcburi köçkünlərin uşaqlarının təhsilinə və inkişafına ciddi diqqət yetirilir.

© Photo : Səbinə Novruzzadə"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində keçirilən növbəti tədbir
Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi layihəsi çərçivəsində keçirilən növbəti tədbir - Sputnik Azərbaycan
"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində keçirilən növbəti tədbir

Tədbir fikir mübadiləsi şəraitində davam etdirilib. Fikir mübadiləsi prosesində uşaqlar da onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda uşaqlara layihə çərçivəsində hazırlanmış papaq-köynək dəsti, həmçinin dərtərxana ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0