Planetimizin səmasında asteroid partlayıb...

Abunə olmaq
Demək olar ki, hər gün bir və ya bir neçə həddindən artıq kiçik asteroid Yerin yaxınlığından keçir

BAKI, 5 iyun — Sputnik. NASA-nın Reaktiv hərəkətlər Laboratoriyasının məlumatına görə, ötən bazar günü astronomlar yer yaxınlığında kiçik asteroid aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 2018 LA asteroidi Yer atmosferinə daxil olanda yanıb və Afrika səmasında partlayıb.

"Bu asteroid Yerlə toqquşana qədər aşkar edə bildiyimiz cəmi üçüncü yer ətrafı obyektdir. Bundan əlavə, biz yalnız ikinci dəfə belə bir göy cisminin planetimizə düşəcəyini proqnozlaşdırıq" deyə laboratoriyanın əməkdaşı Pol Çadas bildirib.

Demək olar ki, hər gün bir və ya bir neçə həddindən artıq kiçik asteroid Yerin yaxınlığından keçir. Belə kiçik göy cisimləri bizim üçün təhlükə yaratmır. Ancaq astronomlar 2013-cü ilin fevralında Çelyabinsk meteoritinin Yürə düşməsindən sonra onları aktiv şəkildə müşahidə edirlər.

Xəbər lenti
0