İsrail prezidentindən Fələstinə gözlənilməz jest

© AFP 2023 / JOHN THYS İsrail prezidenti Reuven Rivlin, arxiv şəkli
İsrail prezidenti Reuven Rivlin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rivlin ilə Abbas arasında telefon danışığı Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda baş tutub

BAKI, 5 iyun — Sputnik. İsrail prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs ayı olan Ramazan münasibəti ilə təbrik edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Rivlin ilə Abbas arasında telefon danışığı Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda baş tutub.

"Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bazar ertəsi İsrail prezidenti Reuven Rivlindən telefon zəngi qəbul edib. Söhbət zamanı qarşı tərəf onu Ramazan ayının gəlişi və tez bir zamanda sağalması münasibəti ilə təbrik edib", — deyə "VAFA" agentliyinin yaydığı məlumatda qeyd olunur.

Abbas öz növbəsində Rivlinə zəngə görə təşəkkür edib.

Xəbər lenti
0