Həmsədrlərin Ermənistana səfər edəcəyi tarix bəlli oldu

© Sputnik / Sergey Averin / Mediabanka keçidАвтомобили миссии ОБСЕ, фото из архива
Автомобили миссии ОБСЕ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər zamanı həmsədrlər ilk dəfə Ermənistanın yeni hökumətinin üzvləri ilə görüşəcəklər

BAKI, 5 iyun — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov iyunun 13-ü Ermənistana səfər edəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Tiqran Balayan bildirib.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan - ATƏT PA münasibətlərinə aydınlıq gətirildi

Səfər zamanı həmsədrlər ilk dəfə Ermənistanın yeni hökumətinin üzvləri ilə görüşəcəklər.

"Təbii ki, bir sıra görüşlər keçiriləcək, onların nəticələri barədə məlumat verəcəyik", — deyə Ermənistan XİN rəsmisi qeyd edib.

Balayan, eyni zamanda vurğulayıb ki, görüşlərin proqramı hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Xəbər lenti
0