Dişlərini ağartmaq istəyi ona baha başa gəldi - VİDEO

© Photo : pixabay / rgerberStomatoloqun qəbulunda
Stomatoloqun qəbulunda - Sputnik Azərbaycan
Abunə olmaq
Trigeminal nevrologiya sinir xəstəliyidir, bu zaman diş çəkməyə ehtiyac yoxdur və sinirlər müalicə edilməlidir

BAKI, 5 iyun — Sputnik. Antalyada dişlərinin ağarması üçün həkimə müraciət edən qadının başına qəribə hadisə gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 41 yaşlı Sunay Öztürk dişlərinə ağ qapaq saldırıb. Elə qadının da qara günləri bundan sonra başlayıb. Belə ki, azı dişi ilə başlayan ağrı nəticəsində qadın 1,5 ay ərzində bütün dişlərini çəkdirməli olub. Bütün bunlara baxmayaraq ağrısı sakitləşməyən qadına xalq arasında "dəli edən xəstəlik" adı verilən "trigeminal nevrologiya" diaqnozu qoyulub.

Sunay Öztürkün sözlərinə görə, problemi bir dişlə başlayıb. Sonradan onda möhkəm ağrılar yaranmağa başlayıb. Həkimlər əvvəlcə bunun dişlərlə əlaqəsi olduğunu düşünsələr də, xəstənin bütün dişləri çəkildikdən sonra xəstəliyin sinir xəstəliyi olduğu müəyyən edilib.

Mütəxəssislərə görə, trigeminal nevrologiya sinir xəstəliyidir, bu zaman diş çəkməyə ehtiyac yoxdur və sinirlər müalicə edilməlidir.

Xəbər lenti
0