Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əhaliyə çörək şoku yaşadırlar — Bu da oldu

© Sputnik / Fuad HasanovÇörək
Çörək - Sputnik Azərbaycan
Abunə olmaq
Quba rayon sakini Aytən Süleymanova çörəyi kəsmək istəyən zaman içindən siçan nəcisi çıxıb

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Bir neçə gün öncə Qubada çörəyin içindən siçan nəcisi çıxıb. Bu barədə Quba rayon sakini Aytən Süleymanova Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.

A.Süleymanovanın sözlərinə görə, rayon mərkəzində yerləşən marketlərin birindən zavod çörəyi alıb və çörəyi kəsmək istəyən zaman içindən siçan nəcisi çıxıb. Bundan sonra o, çörəyin hansı zavoddan gətirildiyini öyrənmək istəsə də, ona cavab verən olmayıb.

© Sputnik / Leyla AbdullayevaQubada çörəyin içindən siçan nəcisi çıxıb
Qubada çörəyin içindən siçan nəcisi çıxıb - Sputnik Azərbaycan
Qubada çörəyin içindən siçan nəcisi çıxıb

Şikayətçi xanım belə hallarla artıq bir neçə dəfədir qarşılaşdıqlarını deyib: "Artıq neçə gündür çörəkdən iyrənmişəm, görəndə belə, halım dəyişir. 2 ay əvvəl qonşumuzda qalan yerli turistlər də belə bir halla qarşılaşmışdılar. Onların çörəyindən paslanmış dəmir parçası çıxmışdı. Mən öz adıma bunu görəndə çox utanmışdım".

Aytən xanım ümid edir ki, məsələ mediada işıqlandırılsa, rayonda yerləşən çörək zavodu sahibləri "dərs götürərlər": "Çörək bərəkətdir. İnsanları düşünməsələr belə, ən azı bərəkətə qarşı sayğılı olsunlar".

© ©KarikaturaÇörək şoku
Çörək şoku - Sputnik Azərbaycan
Çörək şoku

Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məsələ barədə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, QTA hələlik bu cür şikayətlərlə bağlı hadisələrə müdaxilə etmək səlahiyyətində deyil: "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə əsasən, biz şikayətlər əsasında obyektlərin yoxlanışını və onlar barəsində fikirlərimizi iyul ayının 1-dən həyata keçirə biləcəyik. Hələ ki, əsasnaməyə uyğun olaraq biz maarifləndirmə işləri aparırıq və tövsiyyələrimizi bildirə bilirik".

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a deyib ki, çörək bişirmə biznesi hazırda bazarın ən liberallaşmış sahəsidir: "Bu gün kim harada və necə istəsə, çörək bişirib sata bilər. Heç kim onlara mane olmur. Məhz buna görə də bu sahə çox rahat biznesə çevrilib".

"Lakin dövlətin yaratdığı şəraitdən bəzi sahibkarlar sui-istifadə edirlər. Ekoloji təmiz və standarta uyğun çörək bişirən müəssisələr saxta antisanitar şəraitdə çörək bişirənlərin kölgəsində qalıblar. Bu da anormal haldır", — E.Hüseynov bildirib.

Onun sözlərinə görə, çox sayda şirkətlər var ki, onlar antisanitar şəraitdə çörək bişirib satır: "Hətta bizdə çörəyin içindən müxtəlif əşyalar çıxmasını sübut edən nümunələr də var. Bunlara içindən sap, "bolt", siçan quyruğu çıxanları misal göstərə bilərəm".

"Əgər malın istehsalı zamanı onun tərkibinə kənar nəsə düşürsə, o zaman həmin sexdə sanitar istehsaldan danışmaq olmaz. Belə sexlər bağlanmalıdır, ya da müasir texnologiyalar ilə işləməlidir", — AİB sədri vurğulayıb.

O əlavə edib ki, istehlakçılar belə halla üzləşərsə, ya AİB-ə, ya da həmin sexə müraciət edərək problemin həllində qismən kömək edə bilərlər: "Biz də bu zaman adiyyatı dövlət orqanlarına müraciət edərək məsələnin həlli yolunda işlər görürük".

Xəbər lenti
0