CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün Azərbaycanın danışdığı sevgililərdən yeni xəbər var

© Photo : AAAdana şəhərinə qaçaq yolla gəlmiş iran vətəndaşları
Adana şəhərinə qaçaq yolla gəlmiş iran vətəndaşları - Sputnik Azərbaycan
Abunə olmaq
İran vətəndaşları olan gənc qadın başı açıq və boyalı olduğu üçün ölkəsində qolunun kəsiləcəyini, sevgilisinin bədənində döymələr olduğu üçün edam ediləcəyini bildirirdilər

BAKI, 5 iyun — Sputnik. Adana şəhərində Türkiyəyə qaçaq yolla daxil olan, ölkələrində edam və ya həbs cəzası ala biləcəyi deyilən iki İran vətəndaşının təhlükəsiz başqa bir ölkəyə gedənə qədər Türkiyədə qalmasına qərar verildi. Sputnik Türkiyə xəbər verir ki, biri xanım, digəri kişi olmaqla iki iranlının İrana təhvil ediləcəyi durumunda edam edilmə ehtimalı Azərbaycan da daxil olmaq Türkiyə sosial şəbəkələrində böyük əks-sədaya səbəb olub.

Məlumata əsasən, aparılan geniş araşdırmalardan sonra iki iranlının ərizəsi qəbul edilib. Bununla bağlı iki şəxsin üçüncü təhlükəsiz bir ölkəyə gedənə qədər Türkiyədə qonaq kimi qalmasına icazə verilib.

Qeyd edək ki, Türkiyə polisi mayın 6-sı keçirdiyi əməliyyat nəticəsində 31-i Əfqanıstan, 18-i Pakistan, 2-i İran vətəndaşı olmaqla ölkəyə qanunsuz yolla daxil olan 51 xarici vətəndaşı saxlayıb. Saxlanılan vətəndaşlar Türkiyə üzərindən Avropa ölkələrinə getmək istəyiblər.

Türkiyəyə qaçaq yollarla girən İran vətəndaşı gənc qadınla kişi ölkələrinə deportasiya olunmamaq üçün göz yaşı töküblər.

İran vətəndaşları olan gənc qadın başı açıq və boyalı olduğu üçün ölkəsində qolunun kəsiləcəyini, sevgilisinin bədənində döymələr olduğu üçün edam ediləcəyini bildirirdilər.

Xəbər lenti
0