CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gündə beş yüz zəlzələ, bölgə məhv olur

© REUTERS / Terray SylvesterHavay adalarında vulkan pükürməsi, 4 iyun 2018-ci il
Havay adalarında vulkan pükürməsi, 4 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Lavaların bu günə qədər 87 evi məhv etdiyi bildirilir

BAKI, 5 iyun — Sputnik. ABŞ-ın Havay ştatında Kilauea yulkanının olduğu ərazidə 24 saat ərzində 500 zəlzələ qeydə alınıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, vulkanın 5 kilometr cənub-qərbində 5.5 ballıq zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 1,1 kilometrdir.

Məlumata görə, zəlzələdən sonra vulkandan püskürən külün dəniz səviyyəsindən 2,5 kilometr qədər yüksəkliyə çatdığı müəyyən edilib.

Vulkandakı partlayışların ardınca gələn lava su, elektrik enerjisi, telefon xidmətlərinin dayandırlmasına səbəb olub. İnsanlar ərazidən qaçmağa çalışır.

Lavaların bu günə qədər 87 evi məhv etdiyi bildirilir.

Xatırladaq ki, Havay adalarında keçən aydan aktivləşən Kilauvea vulkanından püskürən lava, daş və zəhərli qazlar səbəbilə bölgədən 2 minə yaxın insan təxliyə edilib.

Xəbər lenti
0