Paytaxtda daha bir mötəbər yarışa start verilib

© Photo : Media Secretary Azerbaijan Cycling FederationBMX üzrə dünya çempionatının açılış mərasimi olub
BMX üzrə dünya çempionatının açılış mərasimi olub - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq

BAKI, 5 iyun — Sputnik. Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürüb. Veloparkda (Şıxov) keçiriləcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq. Sputnik Azərbaycan xəbər verir ki, proqrama əsasən iyunun 5-i, saat 09:30-da çempionatın rəsmi açılış mərasimi başlayacaq. Daha sonra "Challenge" kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. "Challenge" kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar.

İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Xəbər lenti
0