BAKI, 4 iyun — Sputnik. Ermənistan xarici işlər naziri Zograp Mnatskanyan bu gün Rusiyanın bu ölkəyə yeni təyin olunmuş səfiri Sergey Kopırkinlə görüşüb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb.
Mnatskanyan Kopırkinin təyinatının ikitərəfli əlaqələrə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Tərəflər, eyni zamanda ikitərəfli əlaqələri, Ermənistanda ölkə daxili siyasi vəziyyəti, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edib.