CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərb bölgəsində iki oxşar faciə

© pixabay / greekfood-tamystikaDənizdə batan adam. Arxiv şəkli
Dənizdə batan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Suda boğulub ölənlərdən birinin 18, digərinin 24 yaşı var

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Şəmkir və Samux rayonlarında iki nəfər suda boğulub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Samux rayonunun Çobanabdallı kənd sakini, 24 yaşlı Ceyhun Zaməddin oğlu Allahverdiyev su kanalında batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən aşkarlanaraq, sudan çıxarılıb.

Digər faciə isə Şəmkir rayonunun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məhəmməd oğlu yaradılan süni göldə çimərkən batıb. Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti
0