QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ erməniləri yenidən ayağa qalxdılar: “Belə həyatdan bezmişik”

© Photo : Tigran GrigoryanXankəndidə etiraz aksiyaları, 2 iyun 2018-ci il
Xankəndidə etiraz aksiyaları, 2 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
“MTX” əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər

BAKI, 4 iyun — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, Xankəndində yenidən etiraz aksiyaları başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.

Məlumata əsasən etirazçılar "Milli Təhlükəsizlik Xidməti" (MTX) və "polis” rəislərinin istefasını tələb edirlər.

"Biz bu həyatdan, həyat tərzindən bezmişik. Biz bir şeyi tələb edirik: Bərabərlik. Qoy heç kim kiminsə oğlu olduğunu deməsin. Əgər kimsə qanunu pozubsa, o da cəzalanmalıdır" – deyə etirazçılardan biri radioya bildirib.

სპეცოპერაცია თბილისის ღამის კლუბებში - Sputnik Azərbaycan
Tbilisidə vəziyyət gərginləşir: Aksiya iştirakçıları çadırlar qurur

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə “MTX” əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb.

“MTX” əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz “polisi” isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs edib. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq “MTX” əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Xəbər lenti
0