CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntihar etdilər, biri borc üstündə, biri də əsəbdən...

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İmişlidə müəllim, Tovuzda isə sahibkar intihar edib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Pul borcu və əsəb sisteminin xəstəliyi ötən gün iki intihar hadisəsi ilə nəticələnib. Bu halları bazar günü respublikanın hüquq-mühafizə orqanları qeydə alıblar.

Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, İmişli rayonundakı 1 saylı orta məktəbin 65 yaşlı müəllimi intihar edib. 1953-cü il təvəllüdlü Cəfərova Xanım Qəni qızı essensiya içərək canına qəsd edib. Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda İmişli rayon prokurorluğu intiharın səbəblərini müəyyənləşdirir.

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Biləsuvarda 16 yaşlı nişanlı qız intihar edib

Artıq intiharın ilkin səbəbi məlumdur. Araşdırma zamanı məlum olub ki, müəllimə əsəb sisteminin xəstəliyindən əziyyət çəkirmiş. Hüquq mühafizəçilərinin sözlərinə görə, bir həftə əvvəl İmişlidə başqa bir qadın da özünə qəsd edib. O da əvvəlcə Cəfərova kimi essensiya içibmiş. Lakin yerli həkimlər onu xilas edə biliblər. Amma bir neçə gündən sonra qadın özünü asıb.

Digər intihar hadisəsi isə iyunun 3-də Tovuz rayonunda baş verib. Rayonun Xatunlu kəndində 1966-cı il təvəllüdlü Vaqif Hüseynov özünü asıb. İntiharın səbəblərini Tovuz rayon prokurorluğunun əməkdaşları araşdırır. Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Hüseynovun yaxınları və doğmaları ilə aparılan söhbət zamanı məlum olub ki, kişinin külli miqdarda borcu var imiş. Hüseynov sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Onun inşaat materiallarının satışı ilə məşğul olan obyekti olub. Hüseynov təchizatçılardan birindən satmaq üçün nisyə tikinti materialları götürübmüş. Ona söz verib ki, malı satandan sonra təyin olunmuş vaxtda pulunu verəcək. Lakin gözləntilər özünü doğrultmayıb. Kişi malları müştərilərə paylasa da, onlardan pulu toplaya və vaxtında təchizatçıya çatdıra bilməyib. Bu səbəbdən də Hüseynov depressiyaya düşərək öz canına qıyıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, təcrübə göstərir ki, yaz və payız aylarında intiharların sayı artır. İyun ayının ortalarında intiharların sayı çoxalsa da, ondan sonra tədricən azalır.

Xəbər lenti
0