Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “ASAN xidmət” əlilliyi müəyyən edə bilməz”

© Photo : Social media page of Sahib MammadovSahib Məmmədov, hüquq müdafiəçisi
Sahib Məmmədov, hüquq müdafiəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, “ASAN xidmət” yalnız dövlət orqanlarının göstərdiyi xidmətləri özündə cəmləşdirir

Sahib Məmmədov: “Əsas proses tibbi ekspert komissiyasında gedir”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin əlillik statusunun müəyyən edilməsinin “ASAN xidmət”ə verilməsini təklif edib. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, “ASAN xidmət” yalnız dövlət orqanlarının göstərdiyi xidmətləri özündə cəmləşdirir:  “Dövlət orqanlarına yer verir və onların işinə nəzarət edir. Əlilliyi müəyyən etmək üçün “ASAN xidmət”də laborotoriya yaradılmalıdır? Bu, nazirliyin işidir.

“ASAN xidmət” əlilliklə bağlı hansısa yekun sənədi verə bilər. Əlilliyin müəyyən edilməsi üçün şəxs xəstəxanada yatmalıdır. Komissiya buna baxıb, sənədlər əsasında araşdırma aparmalıdır. Tibbi ekspert komissiyası buna baxmalıdır. Bunların hamısını “ASAN xidmət” edə bilməz. Əsas proses xəstəxanalarda və tibbi ekspert komissiyasında gedir”.

Xəbər lenti
0