Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir körpünün uçmaq təhlükəsi yarandı: Əraziyə texnika cəlb olundu

© Sputnik / Ilham MustafaKörpü, arxiv şəkli
Körpü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda da suyun qarşısını kəsmək mümkün olmadığından qonşu rayonlardan əraziyə ağır texnikalar gətirilib

BAKI, 3 iyun — Sputnik. Güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Göyçay çayının Ucar rayonundan keçən hissəsində suyun səviyyəsi kəskin artıb. APA-nın xəbərinə görə, Ucar —Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsindəki körpünün hər an uçma təhlükəsi yaranıb. Əraziyə xeyli sayda ağır texnikalar cəlb olunub.

Dünın saat 16 radələrindən çayda suyun səviyyəsi hər saata təxminən 10 santimetr qalxır.

Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda da suyun qarşısını kəsmək mümkün olmadığından qonşu rayonlardan əraziyə ağır texnikalar gətirilib. 

Xəbər lenti
0