Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət qurumu uçan körpü barədə rəsmi məlumat yaydı — FOTOLAR

© Photo : AZƏRTACGüclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq"

BAKI, 3 iyun — Sputnik. Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.

© Photo : AAY DA mətbuat xidmətiGöyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub
Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub - Sputnik Azərbaycan
Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib.

Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir.

© Photo : AAY DA mətbuat xidmətiGöyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub
Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub - Sputnik Azərbaycan
Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq.

Xəbər lenti
0