CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonlarda içməli suyun verilməsində fasilə olacaq

CC0 / RonPorter / Mixer TapВодяной кран, фото из архива
Водяной кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın bəzi şəhər və rayonlarında içməli su təchizatında fasilə olacaq

BAKI, 3 iyun — Sputnik. Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıllb. Bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq. Cəbrayıllı qeyd edib ki, bu hal Kür çayında bulanıqlıq səviyyəsi normallaşana qədər davam edəcək.

Xəbər lenti
0