BAKI, 2 iyun — Sputnik. Dünən respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb, həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Dünən axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
İyunun 1-də həmçinin cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.