Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Baş nazirin mitinqindən qayıdanlar qəzaya uğradılar

© AFP 2023 / DHA / DOGAN NEWS AGENCY Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polislər Türkiyənin baş naziri Binəli Yıldırımın Batmanda keçirdiyi mitinqdən qayıdırmış

BAKI, 2 iyun — Sputnik. Türkiyənin Batman əyalətində polisləri daşıyan mikroavtobusun aşması nəticəsində 16 polis yaralanıb.

Sputnik Azərbaycan "Habertürk"ə istinadən xəbər verir ki, polislər Türkiyənin baş naziri Binəli Yıldırımın Batmanda keçirdiyi mitinqdən qayıdırmış.

Binəli Yıldırım Batmanda keçirilən mitinqində çıxış etdikdən sonra Vana qayıtmaq üçün yola çıxan polisləri daşıyan mikroavtobus aşıb. Yaralı polislər xəstəxanaya aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Xəbər lenti
0