BAKI, 2 iyun — Sputnik. Donald Tramp ABŞ-da səfərdə olan Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədr müavini Kim Yon Çxolu qəbul edib.
Kim Yon Çxol ABŞ prezidentinə KXDR lideri Kim Çen Inın məktubunu çatdırıb.
Söhbət zamanı Tramp iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bəyan edib. ABŞ prezidenti həmçinin Kim Çen Inın məktubunu maraqlı adlandırıb.