CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu da oldu: Sosial şəbəkə istifadəçilərinə...

© Sputnik / Murad OrujovSosial şəbəkə istifadəçisi, arxiv şəkli
Sosial şəbəkə istifadəçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qərarın 20 milyondan çox insana təsir edəcəyi bildirilir

BAKI, 2 iyun — Sputnik. Uqandada sosial şəbəkədə hesabları olan istifadəçilər vergi verəcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, parlamentdə qəbul olunan qanuna görə, ölkədə WhatsApp, Twitter və Facebook kimi sosial şəbəkələrədn istifadə edən istifadəçilər gündə 200 Uqanda şlini (0,08 qəpik) vergi verəcək. Parlament gənc millət vəkillərinin narazılığına baxmayaraq bu qanunu qəbul edib. Parlamentin gənc millət vəkilləri isə bu qanunun əlyehinə çıxaraq bu qanunun ancaq gündə 1 dollar belə qazana bilməyən xalqa əziyyət verəcəyini bildirib.

Yeni qanun iyulun 1-dən etibarən qüvvəyə minəcək. Verginin mobil telefon istifadəçilərindən necə çıxılacağı hələ məlum deyil.

Xatırladaq ki, keçən il Uqanda prezidenti Yoveri Museveni sosial şəbəkələrin dedi-qoduların artmasına səbəb olduğunu və bunun vergi tətbiq edilməsi ilə nəticələnəcəyini demişdi.

Qərarın insan haqqları və azadlığını məhdudlaşdıracağını diqqətə çəkən mütəxəssislər ölkədə 2016-cı ildə prezident seçkiləri zamanı sosial şəbəkələrə daxil olmanın məhdudlaşdırıldığını da qeyd edirlər.

Yeni qərarın 20 milyondan çox insana təsir edəcəyi bildirilir.

Xəbər lenti
0