BAKI, 2 iyun — Sputnik. Hindistan ABŞ-ın etirazlarına baxmayaraq Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini almaqdan imtina etməyəcək.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, razılığa gəlinərsə, Hindistan Rusiyadan 5.5 milyard dollar dəyərində S-400 alacaq. Məlumata görə, Hindistanın Müdafiə Nazirliyi müqavilə ilə bağlı danışıqları dayandırmaq istiqamətində bir təlimat almadığını söyləyib. Amma Hindistan Rusiyanın Pakistana da S-400 satmasından narahatdır.
Qeyd edək ki, ABŞ, S-400 alarsa Hindistana pilotsuz uçuş aparatlarının satışını dayandıracağını açıqlamışdı.